...

PARLAMENT SEÇKİSİNƏ START VERİLDİ

Siyasət Materials 5 İyul 2005 18:28 (UTC +04:00)
PARLAMENT SEÇKİSİNƏ START VERİLDİ

Mərkəzi Seçki Komissiyası (MSK) bu il parlament seçkilərinin hazırlanıb keçirilməsi üçün əsas hərəkət və tədbirlərin Təqvim Planını təsdiq edib. Trend in məlumatına görə, iyulun 5-də keçirilən MSK-nın iclasında qurumun sədri Məzahir Pənahov Təqvim Planının layihəsi haqqında məlumat verib. O, qeyd edib ki, bu sənəd çox mühüm əhəmiyyət kəsb etdiyindən geniş, əhatəli hazırlanıb MSK üzvlərinin təklifləri buraya daxil edilib.

MSK sədri bildirib ki, Təqvim Planı Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üçün bütün əsas hərəkət və tədbirləri nəzərdə tutur.

MSK üzvlərinin təkliflərindən, müzakirələrdən sonra Təqdim Planı təsdiq edilib. İyulun 5-dən parlament seçkisinə start verilib.

M.Pənahov bildirib ki, prezident İlham Əliyevin 4 iyul tarixli sərancamına əsasən, Milli Məclisə seçkilər bu il noyabrın 6-da keçiriləcək. Təqvim Planına əsasən, seçkiyə 105 gün qalmış namizədlərin irəli sürülməsi başlanır, seçkiyə ən azı 70 gün qalmış bu proses başa çatmalıdır.

Seçkiyə 60 gün qalmış namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilir, seçki gününə 24 saat qalmış bu kampaniya başa çatır. Namizədlər Dairə Seçki Komissiyalarından (DSK) qeydə alınmaq üçün bura 450 nəfər vətəndaşın imzası olan düzgün imza vərəqələri təqdim etməlidir. Namizədlər sənədlərini təqdim etdikdən sonra 10 gün ərzində DSK tərəfindən onlara cavab verilməlidir.

Xəbər lenti

Xəbər lenti