...

PREZİDENTİN İCRA APPARATI SEÇKİLƏRDƏ MEDİANIN ROLUNA HƏSR OLUNMUŞ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRƏCƏK

Siyasət Materials 6 İyul 2005 11:46 (UTC +04:00)

Gələn həftədən başlayaraq Prezidentin İcra Apparatı (PİA) Avropa Şurasının (AŞ) Azərbaycandakı nümayəndəliyi ilə birgə parlament seçkilərində medianın roluna həsr olunmuş silsilə tədbirlər keçirməyi planlaşdırır. Bu haqda Trend ə PİA-dan bildirilmişdir.

Məlumatda iyulun 11-də Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək "Media və seçkilər" mövzusundakı "dəyirmi masa"da AŞ ekspertləri ilə yanaşı, müxtəlif icra strukturlarının, QHT-lərin təmsilçilərinin də iştirak edəcəyi bildirilmişdir. İyulun 12-13-də eyni məkanda keçiriləcək seminara isə müxtəlif media nümayəndələrinin təmsilçiləri dəvət olunacaqdır. Seminar hökumət strukturları ilə media arasında dialoqun yaradılmasına həsr olunacaqdır.

Xəbər lenti

Xəbər lenti