...

HÜQUQ MÜDAFİƏÇİLƏRİ "SİYASİ MƏHBUSLAR" MƏSƏLƏSİNİ MÜZAKİRƏ EDƏCƏKLƏR

Siyasət Materials 6 İyul 2005 12:02 (UTC +04:00)

İyulun 7-də Demokratiya və İnsan Hüquqları Komitəsində (DİHK) hüquq müdafiəçilərinin iştirakı ilə keçiriləcək görüşdə Azərbaycanda "siyasi məhbus"lar ilə bağlı vahid mövqedən çıxış etmək məsələsi müzakirəyə çıxarılacaqdır.

Bu haqda DİHK-ın rəhbəri Çingiz Qənizadə Trend ə müsahibəsində bildirmişdir. Onun sözlərinə görə, sabahkı tədbir iyulun 8-də dövlət rəsmilərinin iştirakı ilə keçiriləcək İşçi qrupunun görüşünə hazırlıq məqsədi daşıyır. "İşçi qrupunun ilk görüşündən sonra fərdi qaydada vətəndaşlar tərəfindən hüquq müdafiəçilərinə çoxlu müraciətlər olmuşdur.

"Siyasi məhbuslar"la bağlı həmin müraciətləri müzakirə edərək vahid siyahı halına gətirmək istəyirik ki, İşçi qrupunun görüşündə bizim üçün ayrılmış vaxtdan səmərəli istifadə edə bilək. Sözsüz ki, görüşdə əsas məqsəd "siyasi məhbus" məsələsində hüquq müdafiəçiləri arasındakı fikir ayrılığını aradan qaldırmaqdır",- deyə Çingiz Qənizadə bildirmişdir.

Onun sözlərinə görə, görüşdə hüquq müdafiəçilərindən Novella Cəfərova, Səidə Qocamanlı, Səadət Bənəniyarlı, Eldar Zeynalov, Rəna və Murad Sadəddinovlar, Sahib Məmmədov və Zəlihə Tahirova iştirak edəcəkdir.

Xəbər lenti

Xəbər lenti