...

ANDREAS QROSS İYULUN 7 GƏNCƏYƏ GƏLİR

Siyasət Materials 6 İyul 2005 12:06 (UTC +04:00)

İyulun 7-də Avropa Şurasının Azərbayjan üzrə məruzəçisi, seçki monitorinq blokunun rəhbəri Andreas Qross və onun rəhbərlik etdiyi nümayəndə heyyəti Gəncədə olacaq. Səfərin əsas məqsədi qarşıdan gələn seçki öncəsi müxtəlif siyasi qüvvələrin seçki hazırlıq prosesi ilə tanış olmaq, regiondakı tərəflər arasındakı mövcud vəziyyəti dəyərləndirmək, müvafiq dairə və məntəqə komissiyalarına baş çəkməkdir.

A.Qross səfər çərçivəsində ilk görüşü siyasi partiyaların yerli təşkilat rəhbərləri ilə olacaq. 2 saata qədər davam edəcək görüşdə müzakirə mövzusu tərəflərin seçki ilə bağlı üzləşdiyi problemlər və onların həlli yolları olacaq. Onların mövqeyi öyrəniləcək. Bununla yanaşı, məruzəçi yerli QHT qadın təşkilatı üzvləri və KİV nümayəndələri ilə görüş də gözlənilir.

Xəbər lenti

Xəbər lenti