...

LƏNKƏRANDA İKİ POÇT ŞÖBƏSİ AÇILIR

Siyasət Materials 6 İyul 2005 12:28 (UTC +04:00)

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Lənkəran şəhər İcra hakimiyyəti və yerli özünüidarə orqanı iki kəndə poçt şöbəsinin açılması barədə qərar qəbul edib.

Lənkəran şəhər İcra hakimiyyətindən Trend ə verilən məlumata əsasən, belə bir qərar Viyan və Şixakaran kənd sakinlərinin icra başçısı Zeynal Nağdəliyeva bu kəndlərdə poçt şöbəsinin açılması ilə bağlı müraciətindən sonra qəbul olunub. Beləki, kənd sakinlərinin pensiya almaq üçün getdikləri qonşu kəndlərin poçt şöbələri çox uzaqda yerləşir.

Hazırda həmin kəndlərin inzibati binalarında müvafiq avadanlıqla təchiz olunmuş yer ayrılıb.

Xəbər lenti

Xəbər lenti