...

"YeS" BLOKUNA ÇOXSAYLI YENİ ÜZVLƏR QƏBUL EDİLİB

Siyasət Materials 6 İyul 2005 14:40 (UTC +04:00)

"Yeni Siyasət" seçki bloku növbəti dəfə genişlənib. Bu barədə Trend ə blokda təmsil olunan Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazov məlumat verib.

O bildirib ki, bloka çoxlu sayda yeni üzvlər qəbul edilib. Yaxın günlərdə onların ictimaiyyət üçün təqdimat mərasimi keçiriləcək.

E.Namazovun sözlərinə görə, "Yeni Siyasət" seçki blokunun yeni qərargahının da təqdimatı keçiriləcək. Blok çoxsaylı tədbirlər, həmçinin kütləvi aksiyalar keçirməyi planlaşdırır.

Seçki blokunun mitinq komitəsi bu məsələlərlə məşğul olur. Blokun Koordinasiya Şurasının toplantısında aksiyaların keçirilməsi müzakirəyə çıxarılacaq, konkret qərarlar qəbul olunacaq.

Bloka qoşulmuş yeni üzvlərin kimliyinə gəldikdə, E.Namazov bildirib ki, onlar da ictimaiyyətin müxtəlif təbəqələrini təmsil edən tanınmış, nüfuzlu şəxslərdir. "Bu proses davam edir, növbəti dalğada da kifayət qədər sayda yeni üzvlər təqdim edəcəyik.

Bu gün də yeni üzvlərlə bağlı müzakirələr aparılacaq və gələn dəfə təqdimatı keçiriləcək şəxslər barəsində qərarlar qəbul olunacaq" -deyə E.Namazov bildirib.

Xəbər lenti

Xəbər lenti