...

ELÇİN QULİYEV: AZƏRBAYCAN GÜRCÜSTANI ÖZÜNÜN STRATEJİ TƏRƏFDAŞI HESAB EDİR

Siyasət Materials 6 İyul 2005 16:19 (UTC +04:00)
ELÇİN QULİYEV: AZƏRBAYCAN GÜRCÜSTANI ÖZÜNÜN STRATEJİ TƏRƏFDAŞI HESAB EDİR

(Qafqaz-Press) - Azərbaycanın və Gürcüstanın sərhəd problemləri hələ də həll olunmayıb. İyulun 6-da Gürcüstanın dövlət sərhəddinin mühafizəsi Departamentinin sədri Badri Bitsadze Tbilisidə azərbaycanlı həmkarı Elçin Quliyevlə görüşündən sonra bəyan edib ki, Gürcüstanla Azərbaycan arasında administrasiv sərhəd mövcuddur, dövlət sərhəddinə gəldikdə isə o, hələ müəyyənləşdirilməyib.

"Bu isə təbii ki, müəyyən problemlər yaradır. Lakin buna baxmayaraq, onların öhdəsindən gəlmək mümkündür", - deyə o qeyd edib. Onun sözlərinə görə, bu məsələ iki qonşu ölkənin xarici siyasət idarələri arasındakı danışıqların mövzusudur.

Öx növbəsində Elçin Quliyev bildirib ki, görüşdə beynəlxalq terrorizmlə mübarizə, qanunsuz miqrasiya və qaçaqmalçılıqla bağlı məsələlər müzakirə edilib. "Biz gürcü həmkarlarımızla kifayət qədər yüksək səviyyədə əməkdaşlıq edirik və Gürcüstanı öz strateji tərəfdaşımız hesab edirik", - deyə bəyan edib.

Yaxın vaxtlarda Gürcüstanın sərhəd idarəsinin rəhbərinin Bakıya cavab səfəri planlaşdırılır.

Sabah, iyulun 7-də Azərbaycanın nümayəndə heyəti "Qardabani" regional sərhəd idarəsinə və Gürcüstan-Azərbaycan sərhəddindəki Nəzarət Keçid Məntəqəsinə (NKM) baş çəkəcəklər.

Xəbər lenti

Xəbər lenti