...

PARLAMENT SEÇKİLƏRİNƏ QATILACAQ NAMİZƏDLƏRİN SƏNƏDLƏRİNİN QƏBULUNA BAŞLANILIB

Siyasət Materials 6 İyul 2005 17:05 (UTC +04:00)

İyulun 6-dan etibarən Dairə Seçki komissiyaları(DSK) tərəfindən parlament seçkisinə qatılmaq istəyən namizədlərin sənədlərinin qəbuluna başlanılmışdır.

Bu haqda Mərkəzi Seçki Komissiyasının(MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyev Trend ə bildirmişdir.

Onun sözlərinə görə, bu proses sentyabrın 7-dək davam edəcəkdir.

"Namizədliyi qeydə alınmış şəxslər sentyabrın 7-dən etibarən öz seçki kampaniyalarını aparacaqlar. MSK-nın ötən gün təsdiq etdiyi təqvim planına görə namizədlər parlament seçkilərinə 24 saat qalmış - noyabrın 5-i saat 08-00-dan etibarən öz təbliğat kampaniyalarını dayandırmalıdırlar.

Bu gündən etibarən, həmçinin, parlament seçkisində müşahidəçi kimi iştirak etmək istəyən şəxslərin də qeydiyyatına başlanılmışdır.Sonuncuların qeydiyyatı isə oktyabrın 27-dək davam edəcəkdir" -deyə Azər Sarıyev bildirmişdir.

Xatırladaq ki, təqvim planına uyğun olaraq noyabrın 6-da keçiriləcək parlament seçkilərinin nəticələri DSK-lar tərəfindən 2 gün ərzində MSK-ya çatdırılacaqdır.

MSK bütün dairələr üzrə seçkilərin nəticələrini noyabrın 28-dək təsdiq etməlidir. Sonra həmin nəticələr dekabrın 9-dək Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənəcəkd

Xəbər lenti

Xəbər lenti