...

GÖYÇAYDA AZƏRBAYCAN PREZİDENTİNİN İŞTİRAKI İLƏ ÜÇ MÜƏSSİSƏ AÇILACAQ

Siyasət Materials 6 İyul 2005 17:05 (UTC +04:00)

İyulun 7-də Göyçayda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin iştirakı ilə üç müəssisənin rəsmi açılış mərasimi gözlənilir.Bu barədə Trend agentliyinə Göyçay rayonunun İcra hakimiyyətində bildirilib.

Xüsusilə konserv müəssisəsinin, süd məhsullarının emalı zavodunun, eləcə də Türkiyə investisiyası ilə tikilən kərpic zavodunun açılışı planlaşdırılır.Səfər çərçivəsində Heydər Əliyev adına parkda İ.Əliyevin rayon ictimaiyyəti ilə görüşü planlaşdırılıb.

Dövlət başçısı rayonda olduğu müddətdə Olimpia idman kompleksinin tikintisi nəzərdə tutulan sahəyə baxış keçiriləcək.Ayrılan sahə yerli stadionun ərazisində yerləşir.

Xəbər lenti

Xəbər lenti