...

AŞPA-NIN MƏRUZƏÇİSİ AZƏRBAYCAN RAYOLNLARINDA GÖRÜŞLƏR KEÇİRİR

Siyasət Materials 6 İyul 2005 17:34 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçisi Andreas Qross Azərbaycanın qərb rayonlarına səfəri çərçivəsində iyulun 6-da respublikanın Şəki və Qəbələ rayonlarına səfər edib. Bu barədə Trend ə Avropa Şurasının Bakıdakı ofisindən məlumat veriblər.

Ehtimal olunur ki, gün ərzində Andreas Qross respublikanın rayonlarında seçkiqabağı vəziyyətlə tanış olacaq və yerli administrasiyanın nümayəndələri ilə, eləcə də partiyaların və qeyri-hödkumət təşkilatlarının üzvləri ilə bir sıra görüşlər keçirəcək.

Səfər iyulun 7-də Azərbaycanın Gəncə və Qazax rayonlarına baş çəkməklə başa çatacaq.

Xəbər lenti

Xəbər lenti