...

AZƏRBAYCAN PREZİDENTİ AĞDAŞDA BİR SIRA OBYEKTLƏRƏ BAXACAQ

Siyasət Materials 6 İyul 2005 18:17 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin iyulun 7-nə planlaşdırılmış səfəri çərçivəsində Ağdaş rayonunda bir sıra tədbirlər hazırlanıb.Bu barədə Trend agentliynə Ağdaş rayonunun İcra hakimiyyətində bildirilib.

Dövlət başçısı "Orelay" özəl qənnadı müssisəsində istehsal prosesi, ilin əvvəlində istifadəyə verilmiş iri rayon elektrik stansiyasının işi ilə tanış olmaq və bu yaxınlarda tamamilə istifadəyə veriləcək iri regional ticarət mərkəzinə baxmaq niyyətindədir.Səfər çərçivəsində yerli stadionda yeniyetmə idmançıların nümunəvi çıxışları təşkil ediləcək.

İ.Əliyev həmçinin Heydər Əliyev adına şəhər mədəniyyət və istirahət parkında yerli ictimaiyyətlə görüşmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti