...

DİP-İN SİYASİ ŞURASI SƏDR APARATINI TƏSDİQLƏYİB

Siyasət Materials 6 İyul 2005 18:19 (UTC +04:00)
DİP-İN SİYASİ ŞURASI  SƏDR APARATINI  TƏSDİQLƏYİB

İyulun 6-da keçirilmiş Demokratik İslahatlar Partiyasının(DİP) Siyasi Şurasının ilk iclasında sədr aparatının formalaşdırılması, ölkədəki ictimai-siyasi vəziyyət , eləcə də partiyanın qarşıdakı parlament seçkilərində iştirakı ilə bağlı məsələlər müzakirə edilib.

Bu haqda Trend ə DİP-in mətbuat xidmətindən bildirilib.

İclasda Siyasi Şuranın üzvü "Exo" qəzetinin baş redaktoru Rauf Talışinski partiya sədrinin siyasi məsələlər, iqtisad elmləri doktoru , professor İnqilab Əhmədov iqtisadi məsələlər, "NNN" şirkətlər qrupunun prezidenti, iş adamı Nazim Abdullayev isə sahibkarlıq məsələləri üzrə müavinləri təyin ediliblər.

İclasda, həmçinin, DİP-in parlament seçkilərində "Demokratik İslahatlar" Seçki bloku tərkibində iştirak etməsi ilə bağlı qərar qəbul edilib.

Məlumatda bu məqsədlə DİP-in seçki qərargahının yaradıldığı bildirilib.

DİP-in rəhbəri Asim Mollazadə seçki qərargahının sədri, Elxan Ağamirzəyev isə onun müavini seçilib.

Siyasi Şura, həmçinin, yaxın müddət üçün DİP-in iş planını təsdiqləyib.

Xəbər lenti

Xəbər lenti