...

"AZADLIQ" BLOKU İYULUN ORTALARINDA YENİDƏN BÖLGƏLƏRDƏ AKSİYALARA BAŞLAYACAQ

Siyasət Materials 6 İyul 2005 18:22 (UTC +04:00)

"Azadlıq" blokunun iyulun 10-da Bakıda keçirəcəyi yürüş-mitinqdə 50 min adamın iştirak etməsi nəzərdə tutulub. Bu barədə Trend ə blokda təmsil olunan ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu məlumat verib.

O, bildirib ki, iyulun 10-da saat 17.00-dan metronun "20 Yanvar" stansiyası yaxınlığından başlayaraq "Qələbə" kinoteatrının qarşısınadək yürüş olacaq, saat 19.00-dək isə "Qələbə" meydanında mitinq keçiriləcək. Sərdar Cəlaloğlunun sözlərinə görə, "Azadlıq" blokunun mitinq komitəsi 10 iyul aksiyasına ciddi şəkildə hazırlaşır və bu dəfəki yürüş-mitinq yüksək səviyyədə keçəcək.

ADP funksioneri bildirib ki, 10 iyul aksiyasından sonra blokun yenidən bölgələrdə kütləvi aksiyalarına başlanılacaq. S.Cəlaloğlunun sözlərinə görə, iyulun ortalarından başlayaraq ayrı-ayrı rayonlarda mitinqlər keçiriləcək, avqust ayında isə yenidən Bakıda aksiyalar təşkil olunacaq.

Qeyd edək ki, "Azadlıq" seçki blokunun iyulun 2-də ölkənin bir sıra rayonlarında aksiyaları keçirilib, bəzilərində mitinqlərin keçirilməsinin qarşısı alınıb.

Xəbər lenti

Xəbər lenti