...

DAXİLİ İŞLƏR NAZİRİ RAMİL USUBOV Aİ-NİN CƏNUBİ QAFQAZ ÜZRƏ NÜMAYƏNDƏSİ HEYKİ TALVİTYENİ QƏBUL ETMİŞDİR

Siyasət Materials 6 İyul 2005 20:47 (UTC +04:00)

İyulun 6-da daxili işlər naziri , general -polkovnik Ramil Usubov Bakıda səfərdə olan Avropa İttifaqının(Aİ) Cənubi Qafqaz üzrə nümayəndəsi Heyki Talvityeni qəbul etmişdir. Bu haqda Trend ə DİN-in mətbuat xidmətindən bildirilmişdir.

Aİ ilə əməkdaşlığın genişləndirilməsinin, ölkəmizin Avropaya inteqrasiyasının Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri olduğunu vurğulayan Ramil Usubov, rəhbərlik etdiyi dövlət qurumunun bu əlaqələrin inkişafına xüsusi diqqət yetirdiyini bildirmişdir. Nazir, daha sonra, son 6-7 ildə demokratik prinsiplərə, dünya standartlarına cavab verən bir sıra qanunların qəbul olunduğunu qonağın diqqətinə çatdırmışdır.

Azərbaycana səfərinin məqsədləri barədə daxili işlər naziri Ramil Usubova məlumat verən Heyki Talvitye, ölkədəki seçkiqabağı vəziyyət, eləcə də DİN-in qarşıdakı parlament seçkilərinə necə hazırlaşdığı ilə maraqlanmışdır.

Məlumatda, görüşdə Böyük Britaniyanıvn Azərbaycandakı səfiri Lori Bristou , eləcə də Aİ-nin Brüssel və Helsinki ofislərinin əməkdaşlarının da iştirak etdiyi bildirilmişdir.

Xəbər lenti

Xəbər lenti