...

İLHAM ƏLİYEV: AZƏRBAYCANDA ƏDALƏTLİ PARLAMENT SEÇKİLƏRİ KEÇİRİLMƏLİDİR

Siyasət Materials 7 İyul 2005 14:06 (UTC +04:00)

2005-ci il Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Bu il Bakı-Tbilisi-Ceyhan neft tkəmərinin tikintisi başa çatacaq, eləcə də ölkədə parlament seçkiləri həyata keçiriləck. Trend in məlumatına görə, bu barədə iyulun 7-də Azərbaycan prezidenti İlham Əliyev Ağdaşda stadionda sakinlər qarşısında çıxış edərkən bəyan edib.

Onun sözlərinə görə, ölkədə ədalətli və şəffaf parlament seçkiləri keçəirilməlidir, eləcə də onun keçirilməsi üçün həm Bakıda, həm də Azərbaycanın rayonlarında bərabər şərait yaradılmalıdır. "Azərbaycan xalqı çox müdrikdir və doğru seçim edəcək. Mən xalqımın dəstəyini hiss edirəm", - deyə İlham Əliyev bəyan edib. O həmçinin Azərbaycanın gələcəyində gənclərin böyük rolunu qeyd edib. Onun sözlərinə görə, ölkədə ixtisaslaşdırılmış təhsil almaq üçün zəruri şərait yaradılacaq.

Dövlət başçısı həmçinin Qarabağ probleminə də toxunub. O qeyd edib ki, bu gün Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar davam edir ki, bu sahədə müəyyən irəliləyişlər əldə olunub. Prezident şübhə etmir ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq və qaçqınlar öz doğma torpaqlarına qayıda biləcəklər. "Güclü dövlət, güclü iqtisadiyyat və güclü ordu yaradılmalıdır", - deyə İ.Əliyev bəyan edib.

Xəbər lenti

Xəbər lenti