...

MİKLOŞ HARAŞTİ: ATƏT TÜRKİYFƏNİN QƏRARINI ALQIŞLAYIB

Siyasət Materials 7 İyul 2005 15:37 (UTC +04:00)

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Türkiyənin ölkənin Cinayət Məcəlləsindən erməni soyqırımı dəstəkləməklə bağlı cəza verilməsini nəzərdə tutan maddənin ləğvi ilə bağlı çıxardığı qərarı alqışlayıb.

Trend in ATƏT-in katibliyinə istinadən yaydığı məlumata görə, bu bəyanatı iyulun 7 -də Vyanada ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti verərək Türkiyə parlamentinin ölkənin Cinayət Məcəlləsinin (CM) yeni layihəsini təsdiqləməsini bəyənib.

Mikloş Haraşti CM-nin 305-ci maddəsinin ("Türkiyənin fundamental milli maraqlarının təhqir edilməsi barədə") iki maddəsinin yeni məcəllədən çıxarılması faktını da razılıqla qarşılayıb.

Onlardan birincisi Kipr ərazsinidən Türkiyənin Silahlı Qüvvələrinin çıxarılmasını tələb edən şəxsin dövlət tərəfindən təqibə məruz qalmasını, ikincisi isə Ermənistanın 1915-ci ildə soyqırımı ilə bağlı iddialarını dəstəkləyən şəcslərin cəzalandırılmasını nəzərdə tutur.

ATƏT nümaynədəsi həmçinin Türkiyə CM-də 23 düzəlişin qəbul edilməsini də dəstəkləyib ki, onlaprdan 7-si KİV nümayəndələrinin hüquqlarının müdafiəsi məsələsinə aiddir. O həmçinin qeyd edib ki, məcəllədə yenidən baxılması zəruri olan maddələr hələ də qalmaqdadır.

Qeyd edək ki, yeni Cinayət Məcəlləsinin layihəsi Türkiyə parlamenti tərəfindən iyunun 29-da, çərşənbə günü təsdiqlənib.

Xəbər lenti

Xəbər lenti