...

AZƏRBAYCANIN HÖKUMƏT NÜMAYƏNDƏLƏRİ İLƏ MEDİA ARASINDA DİALOQ YENİDƏN GÜNDƏMƏ GƏLƏCƏK

Siyasət Materials 7 İyul 2005 16:09 (UTC +04:00)

İyulun 11-də prezidentin İcra Aparatının(PİA) təşkilatçılığı ilə keçiriləcək "dəyirmi masa"da Azərbaycan hökumətinin nümayəndələri ilə media arasında dialoq yenidən gündəmə gələcəkr. Bu haqda Trend ə PİA-dan məlumat verilib.

Məlumatda 3 gün davam edəcək tədbirin PİA-nın Avropa Şurasının Media departamenti ilə birgə təşkil etdiyi bildirilir.

Toplantının ilk günündə hakimiyyət nümayəndələri və media arasında görüşləri təşkil etmək üçün irəli sürülmüş təşəbbüslərin nəticələri, media təmsilçilərinin hakimiyyət nümayəndələrindən informasiyanı sərbəst şəkildə əldə etmək üçün hüquqi bazanın təkmilləşdirilməsi, ölkədə seçki praktikasının təkmilləşdirilməsinə dair dövlət başçısının bir qədər əvvəl imzaladığı sərəncamdan irəli gələn vəzifələr, eləcə də tərəflər arasında dialoqun təşkili üçün hökumət nümayəndələri və media arasında anlaşma memorandumu müzakirə ediləcək.

Növbəti iki gün ərzində isə 2003-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkilərinin mətbuatda işıqlandırılmasına dair aparılmış monitorinqin nəticələri, seçki zamanı media peşəkarlığı və Avropa Standartlarına uyğun olaraq qərəzsizlik, bərabərhüquqluluq və tərəfsizlik prinsiplərinin reallaşdırılması, seçki kampaniyasının işıqlandarılması zamanı Azərbaycan mediası üçün davranış qaydalarının reallaşdırılmasıvə digər məsələlər müzakirə ediləcək.

"Dəyirmi masa"da PİA-nın ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, AŞ-nın media departamentinin əməkdaşı Li Hibbard, eləcə də KİV rəhbərlərinin çıxışları planlaşdırılıb. İyulun 12-i və 13-də eyni məkanda davam edəcək seminarlarda isə PİA rəsmisi ilə yanaşı, ATƏT-in Bakı ofisinin rəhbərinin müavini Robin Sivord, Mətbuat Şurasının sədri Əflatun Amaşov, "Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı və başqalarının məruzə ilə çıxış edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti