...

AŞPANIN MƏRUZƏÇİLƏRİ ŞƏKİ VƏ QƏBƏLƏDƏ GÖRÜŞ KEÇİRMİŞLƏR

Siyasət Materials 7 İyul 2005 17:05 (UTC +04:00)

Andreas Qross və Andres Herkel Qəbələdə və Şəkidə olmuşlar. Onlar Şəki şəhər icra hakimiyyətinin başçısı Nazim İbrahimovla gorüşmüşlər. Bundan sonra Milli istiqlal partiyasının qərargahında müxalifət partiyaları, QHT sədrləri və rəhbərləri ilə göruşmüşlər.

Təbdirdə Milli istiqlal partiyasının , Müsavat partiyasının, Azərbaycan Demokrat partiyasının, Vəhdət, Azərbaycan Liberal partiyasının nümayəndələri iştirak etmişlər.

Demokratik seçkilər və insan haqlarının müdafiə komitəsinin sədri Fərzalı Qasımov söhbət zamanı bildirmişdir ki, onlar bölgələrdə seçkiqabağı vəziyyət, ab-havanı öyrənmək istəyirdilər.

Müxalifət nəyi necə görmək istəyir? Sonra onlar çıxışlarında qeyd etmişlər ki, biz burada -əyalətdə siyasi dustaqlar da görürük. Onlar arzu ediblər ki, gələcəkdə bu cür adamlar siyasi dustaq olmasın. Sonra onlar qeyd etmişlər ki, biz cəmiyyət üzvləri arasında ciddi qütbləşmə görürük. Bu, bizi narahat edir.

Xəbər lenti

Xəbər lenti