...

LƏNKƏRANDA HEYDƏR ƏLİYEVİN ABİDƏSİ BİR AY ƏRZİNDƏ UCALDILACAQ

Siyasət Materials 7 İyul 2005 17:10 (UTC +04:00)

Lənkəranda Heydər Əliyevin abidəsi bir ay ərzində ucaldılacaq. Rayonun İcra Hakmiyyətindən Trend ə verilən məlumata görə, bu barədə İcra Hakimiyyətinin (İH) başçısı Zeynal Naqdəliyev bu yaxınlar sakinlərlə keçirdiyi görüş zamanı bəyan edib. Onun sözlərinə görə, prezident İlham Əliyevlə sonuncu görüşü zamanı H.Əliyevin abidəsinin layihəsi təsdiqlənib.

Bununla yanaşı, Z.Naqdəliyevin sözlərinə görə, prezident rayonda həyata keçirilən tədbirlər və onun problemləri barədə məlumatlandırılıb. Prezident qeyd edib ki, Lənkorana rayonun problemlərini həll etmək üçün yardım göstəriləcək. Z.Naqdəliyevin sözlərinə görə, prezident "Azəristilik təchizat" ASC-nin qızdırıcı sistemində yaranmış problemin və Lənkəranda rayonlararası soyuducu bazanın tikilməsinə yardım göstərəcəyini qeyd edib.

Prezidentin tapşırığına əsasən, rayonda yolların asfaltlaşdırılması, regional diaqnostik reanimasiya, cərrahiyyə, gemofiliya mərkəzlərinin tikintisi, beynəlxalq aeroportun tikintisinə hazırlıq, İstisu pansionatının əsaslı təmiri, su kanallarının, 24 orta məktəbin, Biləsər, İstisu, Günaxır kənd yollarının bərpa edilməsi vacibdir.

Xəbər lenti

Xəbər lenti