...

BRİTANİYA SƏFİRİNİ N MÜAVİNİ HÜQUQ-MÜDAFİƏÇİLƏRİ İLƏ GÖRÜŞDƏ SEÇKİÖNCƏSİ VƏZİYYƏTLƏ MARAQLANMIŞDIR

Siyasət Materials 7 İyul 2005 17:29 (UTC +04:00)

İyulun 7-də Böyük Britaniyanın Azərbaycandakı səfirliyində hüquq müdiafiəçiləri ilə keçirilmiş görüşdə ölkədəki seçkiöncəsi vəziyyət geniş müzakirə edilmişdir.

Bu haqda, həmin görüşün iştirakçısı, Demokratiya və İnsan Hüquqları Komitəsinin rəhbəri Çingiz Qənizadə Trend ə müsahibəsində bildirmişdir.Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Şon Melbornun iştirakı ilə keçirilmiş görüşdə hüquq müdafiəçilərindən Səidə Qocamanlı, Novella Cəfəroğlu, Səadət Bənaniyarlı, Eldar Zeynalov, Murad Sadəddinov və Elçin Behbudov iştirak etmişlər.

Görüşdə büdcəsinin 30 %-i xaricdən maliyyələşən QHT-lərin parlament seçkilərinin müşahidə etməsinə qoyulmuş qadağanın aradan qaldırılması və digər məsələlər müzakirə edilmişdir.

Noyabrda Azərbaycanda keçiriləcək parlament seçkilərinin dünya dövlətlərinin diqqət mərkəzində olduğunu qeyd edən britaniyalı diplomat, bu məqsədlə seçki ərəfəsində 1000-dən artıq müşahidəçinin Bakıya gələcəyini bildirmişdir. Şon Melborn , daha sonra, yaxın günlərdə prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevlə görüşündə QHT-ləri narahat edən problemlərin Azərbaycan rəsmilərinə çatdıracağını və onların aradan qaldırılmasına yardımçı olmağa çalışacağını vəd etmişdir.

Xəbər lenti

Xəbər lenti