...

MİLLİ MƏCLİSDƏ KEÇİRİLƏCƏK GÖRÜŞDƏ HÜQUQ MÜDAFİƏÇİLƏRİ "SİYASİ MƏHBUSLAR" MƏSƏLƏSİNİN BİRDƏFƏLİK QAPADILMASI ÜÇÜN AMNİSTİYA VERİLMƏSİNƏ ÇALIŞACAQLAR

Siyasət Materials 7 İyul 2005 17:32 (UTC +04:00)

İyulun 8-də hüquq müdafiəçilərinin Milli Məclisdə Azərbaycan rəsmiləri ilə keçirəcəyi görüşdə "siyasi məhbus"lar məsələsinin birdəfəlik qapadılması üçün dövlət başçısının amnistiya verməsinə dair təklif irəli sürüləcəkdir.

Bu haqda görüşə dəvət almış Demokratiya və İnsan Hüquqları Komitəsinin(DİHK) rəhbəri Çingiz Qənizadə Trend ə müsahibəsində bildirmişdir. Onun sözlərinə görə, dövlət başçısının bu istiqamətdə xeyli əfv fərmanları imzalamasına baxmayaraq, ölkə həbsxanalarında hələ də 20-30 nəfər "siyasi məhbus" qalmaqdadır.

"Prezident İlham Əliyevin bu problemin aradan qaldırılmasındakı səylərini alqışlayırıq.Eyni zamanda Avropaya sürətli inteqrasiya etməyi özünün strateji kursu elan etmiş bir ölkədə hələ də "siyasi məhbuslar"ın olması dövlətə başucalığı gətirmir.

Odur ki, sabahkı görüşdə bu problemin birdəfəlik həll edilməsi üçün dövlət başçısından geniş amnistiya verilməsi xahiş olunacaqdır",-deyə Çingiz Qənizadə bildirmişdir.

Xatırladaq ki, iyun ayının əvvəlində eyni məkanda keçirilmiş İşçi qrupun ilk görüşündə hüquq müdafiəçilərindən Çingiz Qənizadə, Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənəniyarlı, Eldar Zeynalov, Rəna və Murad Sadəddinovlar, Sahib Məmmədov və Zəlihə Tahirova iştirak etmişdir.

Görüşdə Azərbaycan hakimiyyətini isə prezidentin İcra Aparatının əməkdaşları- Hüquq-mühafiəzə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Əfv sektorunun müdiri Kəmalə Hüseynova, İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun böyük məsləhətçisi Otari Qvaladze, XİN-in idarə rəisi Tahir Tağızadə, eləcə də AŞ PA-dakı Azərbaycan parlament nümayəndə heyətinin üzvləri- Səməd Seyidov, Gültəkin Hacıyeva, Əli Hüseynov

Xəbər lenti

Xəbər lenti