...

QAT BEYNƏLXALQ QURUMLARI ERMƏNİSTANA SANKSİYALAR TƏTBİQ ETMƏYƏ ÇAĞIRIR

Siyasət Materials 7 İyul 2005 17:35 (UTC +04:00)

"Beynəlxalq təşkilatların Dağlıq Qarabağ məsləsində fəallaşması Azərbaycan üçün ciddi təhlükələr vəd edir". Trend in məlumatına görə, bu fikirlər Qarabağ Azadlıq Təşkilatının (QAT) qəbul etdiyi bəyanatında deyilir.

Qurum hesab edir ki, bu təhlükənin qarşısı alınmalı, milli maraqlarımıza zidd olan hər hansı sənədin qəbuluna yol verilməməlidir. QAT hesab edir ki, beynəlxalq qurumlar münaqişəni dinc yolla nizama salmaq istəyirlərsə, ilk növbətə Ermənistanı təzavüzkar dövlət kimi tanımalı, ona qarşı sanksiyalar tətbiq etməlidir.

QAT-ın bəyanatında həmçinin bildirilir ki, ATƏT-in Parlament Assambleyasının Vaşinqtonda keçirilən ilk sessiyasında xüsusi məruzəçi Qoran Lenmarker bir sıra vacib məqamlara toxunub, onun məruzəsində Azərbaycanın ərazi bütövlüyü, ölkəmizin təcavüzə məruz qalması kimi müsbət məqamlar əksini tapıb.

Lakin burada Azərbaycanla Ermənistan, təcavüzə məruz qalan tərəflə təcavüzkar arasında balanslaşdırılmış xətt aparmaq cəhdi, işğal olunmuş ərazilərdən işğalçı qoşunların çıxarılması mexanizminin göstərilməməsi, Ermənistanın təzavüzkar əməllərinə qiymət verilməməsi ciddi narahatlıq doğurur.

Digər bir qurum - Avropa Şurasının baş katibi Terri Devisin bu günlərdə verdiyi bəyanat, Azərbaycan hərbi əməliyyatlara başlayacağı təqdirdə, bu qurumdan çıxarılacağı ilə hədələməsi, Dağlıq Qarabağı faktiki olaraq işğal olunmuş ərazilər sırasından çıxarması Avropa Şurasının növbəti dəfə məsələyə ikili standartlar mövqeyindən yanaşdığını göst

Xəbər lenti

Xəbər lenti