...

"AZADLIQ" BLOKU LİDERLƏRİ PARLAMENT SEÇKİLƏRİNDƏ BİRGƏ İŞTİRAKA DAİR SAZİŞ İMZALAMIŞLAR

Siyasət Materials 7 İyul 2005 18:09 (UTC +04:00)

İyulun 7-də Azərbaycan Xalq Cəbhəsi(islahatçılar) Partiyasının(AXCP(i)) qərargahında "Azadlıq" blokundan təmsil olunmuş partiyaların liderlərinin iştirakı ilə keçirilmiş iclasda parlament seçkilərində birgə iştirakla bağla partiyalararası saziş imzalanmışdır.

Bu haqda Trend ə AXCP(i) mətbuat xidmətindən bildirilmişdir. Beş maddədən ibarət olan sazişi AXCP(i)-nin sədri, millət vəkili Əli Kərmli, Müsavat Partiyasının başqanı İsa Qəmbər və Azərbaycan Demokrat Partiyası(ADP) sədrinin 1-ci müavini Sərdar Cəlaloğlu imzalamışlar.

Məlumatda imzalanmış saziş yaxın günlərdə bloka daxil olan hər üç partiyanın ali orqanlarında təsdiqləndikdən sonra qeydə alınmaq üçün Mərkəzi Seçki Komissiyasına(MSK) təqdim ediləcəyi bildirilmişdir.

İclasda, həmçinin, "Azadlıq" bloku adından MSK-da təmsil olunacaq səlahiyyətli nümayəndənin məsələsi də müzakirə edilmişdir.

Qərara alınmışdır ki, MSK-da təmsil olunacaq səlahiyyətli nümayəndənin adı "Azadlıq" bloku liderlərinin iyulun 8-də keçiriləcək iclasından sonra açıqlansın.

Xəbər lenti

Xəbər lenti