...

AZƏRBAYCANIN PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİ VENAYA BVF-NİN SEMİNARINA YOLA DÜŞƏCƏK

Siyasət Materials 7 İyul 2005 19:58 (UTC +04:00)

Azərbaycan parlament nümayəndə heyəti birinci vitse-spiker Arif Rəhimzadənin başçılığı ilə iyulun 9-da Venaya yola düşəcək.Bu barədə Trend agentliyinə Beynəlxalq valyuta fondunun (BVF) Bakı nümayəndəliyində məlum olub.

Səfərin məqsədi BVF-nin Qafqaz ölkələrinin parlamentariləri üçün təşkil olunmuş seminarında iştirak etməkdir.Seminarda qlobal iqtisadiyyatda perspektivlər və siyasi problemlər, son illərdəki iqtisadi proseslər, vergi islahatları, maliyyə-büdcə şəffaflığı, Cənubi Qafqaz ölkələrində vəziyyət müzakirə olunacaq.

Nümayəndə heyətinin tərkibinə deputatlar Anar Rzayev, Asya Manafova, Əli Əlirzayev, Eldar Qəhrəmanov, Naira Şahtaxtinskaya və Gülçöhrə Məmmədova daxildir.

Xəbər lenti

Xəbər lenti