...

AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRİ AB-NİN CƏNUBİ QAFQAZ ÜZRƏ XÜSUSİ NÜMAYƏNDƏSİNİ QƏBUL EDİB

Siyasət Materials 7 İyul 2005 20:15 (UTC +04:00)

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov iyulun 7-də Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Heyki Talvityeni qəbul edib.

Azərbaycan XİN-nin mətbuat mərkəzində Trend agentliyinə bildirilib ki, nazir AB ilə münasibətlərin inkişafının ölkə üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.O, ölkədəki sosial-siyasi vəziyyət, seçkiqabağı ab-hava, ədalətli və azad seçkilərin keçirilməsi üçün aparılan məqsədyönlü işlər barədə diplomatı məlumatlandırıb.

H.Talvitye açıq və ədalətli parlament seçkilərinin keçirilməsi və Avropa ictimaiyyətinin buna dəstəyinə ümid etdiyini bildirib.

Görüşdə AB ilə yeni qonşuluq Siyasəti çərçivəsində hazırlanmış əməkdaşlığa dair hərəkət Planının gerçəkləşdirilməsi üzrə fikir mübadiləsi aparılıb.Tərəflər həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması prosesi üzrə geniş fikir mübadiləsi aparıb.

Xəbər lenti

Xəbər lenti