...

HEYKİ TALVİTYE: QARŞIDAKI PARLAMENT SEÇKİLƏRİ AZƏRBAYCANDA DEMOKRATİK İNSTİTUTLARIN İNKİŞAFI ÜÇÜN BÖYÜK ŞANSDIR

Siyasət Materials 7 İyul 2005 21:34 (UTC +04:00)
HEYKİ TALVİTYE: QARŞIDAKI PARLAMENT SEÇKİLƏRİ AZƏRBAYCANDA DEMOKRATİK İNSTİTUTLARIN İNKİŞAFI ÜÇÜN BÖYÜK ŞANSDIR

2005-ci ilin 6 noyabrına planlaşdırılan parlament seçkiləri Azərbaycanda demokratik institutların inkişafı üçün böyük şans olacaqdır və mən ürəkdən inanıram ki, bu seçkilər əvvəlkilərdən əhəmiyyətli dərəcədə fərqlənəcək. Trend agentliyi xəbə verir ki, bu bəyanatla Bakıda keçirilən mətbuat konfransında Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Heyki Talvitye çıxış edib.

Xüsusi nümayəndə qeyd edib ki, AB seçki prosesini böyük diqqətlə izləyir.O, xatırladıb ki, AB ekspertləri də Azərbaycanda keçirilən noyabr seçkilərinin monitorinqində bilavasitə iştirak edəcəklər.

Seçki komissiyalarının tərkibinin dəyişməsi məsələsinə toxunan Heyki Talvitye qeyd edib ki, exit pool sisteminin tətbiqi səsvermənin keçirildiyi gün qanun pozuntularının azaldılmasına imkan yaradacaq.

"Azərbaycan rəhbərliyi exit pool sisteminin keçirilməsinə müsbət cavab verib ki, bu da şübhəsiz vacibdir.Belə ki, exit pool sistemi parlament seçkiləri monitorinqinin alternativ vasitəsidir"-deyə H. Talvitye qeyd edib.O, bildirib ki, demokratik seçkilərin keçirilməsi yalnız qanunvericilik aktlarına hörmət çərçivəsində mümkündür.

Eyni zamanda AB-nin xüsusi nümayəndəsi qeyd edib ki, müxalifət öz işində Azərbaycanda son illərdə baş vermiş demokratik irəliləyişlərlə hesablaşmalıdır.

"Biz buraya Azərbaycanda demokratik institutların inkişaf etdirilməsinə kömək etmək üçün gəlmişik və əgər bunlar fəal şəkildə fəaliyyət göstərirsə, onda "siyasətin küçələrə çıxarılmasının" mənası qalmır"-deyə sonda H. Talvitye qeyd edib.

Xəbər lenti

Xəbər lenti