...

İSRAİLİN YENİ SƏFİRİ AVQUSTDA BAKIYA GƏLİR

Siyasət Materials 8 İyul 2005 11:37 (UTC +04:00)

İsrailin Azərbaycandakı yeni səfiri avqustda Bakıya gəlir. Bu barədə Trend agentliyinə İsrail səfirliyinin mətbuat xidmətindən bildiriblər.

Bakıda diplomatik missiyasını başa çatdıran səfir Eytan Naye Bakını avqustun əvvəlində tərk edəcək, müvəqqəti müvəkkil vəzifəsini isə səfirin ikinci müşaviri Yakov Finkelşteyn icra edəcək.

Yeni səfir Bakıya gələn kimi Y. Finkelşteyn də missiyasını başa vuraraq İsrailə qayıdacaq.

Xəbər lenti

Xəbər lenti