...

LORİ BRİSTOU: AZƏRBAYCANDA SEÇKİLƏRİN DEMOKRATİK KEÇİRİLMƏSİ CƏMİYYƏTİN MÖVQEYİNDƏN ASILIDIR

Siyasət Materials 8 İyul 2005 13:52 (UTC +04:00)
LORİ BRİSTOU: AZƏRBAYCANDA SEÇKİLƏRİN DEMOKRATİK KEÇİRİLMƏSİ CƏMİYYƏTİN MÖVQEYİNDƏN ASILIDIR

Azərbaycanda demokratik parlament seçkilərinin keçirilməsi nə konkret bir şəxsdən, nə prezident İlham Əliyevdən deyil, bütün cəmiyyətin mövqeyindən asılıdır. Trend in məlumatına görə, belə bir bəyanatla Böyük Britaniyanın Azərbaycandakı səfiri Lori Bristou jurnalistlər qarşısında çıxış edib.

Səfir prezident İlham Əliyevin "Azərbaycanda seçki təcrübəsinin təkmilləşdirilməsi barədə" 2005-ci il 11 may tarixli fərmanına diqqəti yönəldərək qeyd edib ki, bu sənəd seçki komissiyalarının tərkibini dəyişməyib və yalnız seçki dövründə aparılacaq işlərin ümumi istiqamətini nəzərdə tutub. Parlament də eni ilə bu yolu tutub. Lakin bu o demək deyil ki, noyabrın 6-da Azərbaycanda demokratik seçkilər keçiriləcək.

Britaniyalı diplomatın fikrincə, dünya təcrübəsində parlament seçkilərinin keçirilməsinin vahid modeli yoxdur. "Əsas Azərbaycanda parlament seçkilərinin keçirilməsini və ona hazırlığın dəqiq prosedurasını nəzərdə tutan seçki qanununa riayət olunmasıdır", - deyə L. Bristou qeyd edib. "Son söz seçicilərin olacaq".

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafı məsələsinə toxunan diplomat qeyd edib ki, vahid Avropa Konstitusiyasının qəbul edilməməsi ilə bağlı böhran Avropa Birliyinin fəaliyyətdə olan sədri kimi Britaniyanın "Avropa qonşuluq siyasəti"nin davam etdirilməsi məsələsi ilə bağlı mövqeyinə təsir etməyib. Səfir xatırladıb ki, bu ilin sonuna qədər Avropa Birliyi -Azərbaycanın tərəfdaşlığı proqramı hazırlanmalı və qəbul edilməlidir. "AB ilə Azərbaycan arasında əməkdaşlıq davam edəcək" -deyə L. Bristou qeyd edib.

2004-cü il iyunun 14-də Avropa Birliyi Şurası Cənubi Qafqaz dövlətlərinin ENP (AQS) sahəsinə qoşulması barədə qərar qəbul edib. AB Şurasının təsdiqlədiyi "Avropa Qonşuluq Siyasəti" hələ 2003-cü ilin martında Avropa Komissiyası tərəfindən qəbul edilmiş "Genişlənmiş Avropa-yeni qonşuluq" adlı sənəd üzrə aparılan işin yekunlarının nəticəsidir.

Xəbər lenti

Xəbər lenti