...

HÜQUQŞÜNASLARIN SEÇKİ BLOKU MÜXALİFƏTİN 10 İYUL AKSİYASININ MONİTORİNQİNİ APARACAQ

Siyasət Materials 8 İyul 2005 15:39 (UTC +04:00)

"Parlament-2005" Hüquqşünasların Seçki Bloku iyulun 10-da "Azadlıq" blokunun keçirəcəyi yürüş-mitinqin monitorinqini aparacaq. Bu barədə Trend ə seçki blokunun üzvü İntiqam Əliyev məlumat verib.

O, bildirib ki, seçki blokunun 15-20 nəfərdən ibarət monitorinq qrupu həmin aksiyanın müşahidəsini aparacaq. Monitorinqə yürüş-mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilməsindən başlayaraq aksiyaya cavab verilməsi, keçirilməsi, aksiya zamanı qanun pozuntularının olub-olmaması, görüləcək təhlükəsizlik tədbirlərinin səviyyəsi, polis nəzarəti və digər proseslərin müşahidəsi daxildir. Monitorinqin sonunda müşahidəçi hüquqşünaslar aksiya ilə bağlı rəy hazırlayıb ictimaiyyətə açıqlayacaqlar.

Qeyd edək ki, Hüquqşünasların Seçki Bloku ölkədə seçki ilə bağlı keçirilən aksiyaların, bütün ictimai, siyasi qüvvələrin mitinqlərinin monitorinqini aparır. İntiqam Əliyev bildirib ki, iyulun 17-də keçiriləcək jurnalistlərin yürüş-mitinqinin də monitorinqini aparmaq nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti