...

DİP SƏDRİ AMERİKALI PROFESSOR ODRİ ALSTADT İLƏ GÖRÜŞMÜŞDÜR

Siyasət Materials 8 İyul 2005 18:06 (UTC +04:00)
DİP SƏDRİ AMERİKALI PROFESSOR ODRİ ALSTADT İLƏ GÖRÜŞMÜŞDÜR

İyulun 8-də Demokratik İslahatlar Partiyasının(DİP) sədri Asim Mollazadə Azərbaycanda səfərdə olan amerikalı professor, azərbaycanşünas alim, "Azərbaycan türkləri" kitabının müəllifi Odri Alstadt ilə görüşmüşdür.

Bu haqda Trend ə DİP-in mətbuat xidmətindən bildirilmişdir.

Görüşdə ölkədəki mövcud ictimai-siyasi vəziyət, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkədə yaranmış problemlər, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə dair məsələlər, parlament seçkilərinə hazırlıq məsələləri müzakirə edilmişdir.

Azərbaycan dilində sərbəst danışan xanım Alstadt ölkəmizi çox sevdiyini, Azərbaycan tarixini, onun mədəniyyətini dünyaya çatdırmaq missiyasının bundan sonra da davam etdirəcəyini bildirmişdir.

Belə bir xeyirxahlıq missiyasını öz üzərinə götürdüyü üçün Odri Alstadta öz minnətdarlığını bildirən DİP sədri Asim Mollazadə, ona işlərində müvəffəqiyyətlər arzulamışdır.

Xəbər lenti

Xəbər lenti