...

İŞÇİ QRUPUN NÖVBƏTİ GÖRÜŞÜNDƏ "SİYASİ MƏHBUSLAR"IN SİYAHISI DƏQİQLƏŞDİRİLƏCƏKDİR

Siyasət Materials 8 İyul 2005 18:26 (UTC +04:00)

İyulun 8-də Milli Məclisdə hüquq müdafiəçilərinin Azərbaycan rəsmiləri ilə keçirdiyi ikinci görüşdə "siyasi məhbus"lar məsələsinin birdəfəlik aradan qaldırılması məsələsi müzakirə edilmişdir. Bu haqda görüşdə iştirak etmiş Demokratiya və İnsan Hüquqları Komitəsinin (DİHK) rəhbəri Çingiz Qənizadə Trend ə müsahibəsində bildirmişdir.

Onun sözlərinə görə, görüşdə iştirak edən hüquq müdafiəçiləri dövlət başçısının bu istiqamətdə xeyli əfv fərmanları imzalamasına baxmayaraq, ölkə həbsxanalarında hələ xeyli sayda "siyasi məhbus"ların saxlanıldığını bildirmişlər.

Müzakirələrdən sonra , "siyası məhbuslar" siyahısının bir daha dəqiqləşdirilməsi tövsiyə olunmuşdur.

Qərara alınmışdır ki, İşçi qrupun iyulun 22-də keçirilmiş üçüncü iclasında hüquq müdafiəçilərinin ölkədəki "siyasi məhbuslar"a dair hazırladığı vahid siyahı yenidən müzakirəyə çıxarılsın.

Çingiz Qənizadənin sözlərinə görə, İşçi qrupunun iclasında hüquq müdafiəçilərindən Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənəniyarlı, Eldar Zeynalov, Rəna və Murad Sadəddinovlar, Sahib Məmmədov və Zəlihə Tahirova iştirak etmişdir.

Görüşdə Azərbaycan hakimiyyətini isə prezidentin İcra Aparatının əməkdaşları- Hüquq-mühafiəzə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Əfv sektorunun müdiri Kəmalə Hüseynova, İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun böyük məsləhətçisi Otari Qvaladze, XİN-in idarə rəisi Tahir Tağızadə, eləcə də AŞ PA-dakı Azərbaycan parlament nümayəndə heyətinin üzvləri- Səməd Seyidov, Gültəkin Hacıyeva, Əli Hüseynov, həmçinin, Respublika prokurorluğu, Daxili İşlər və Ədliyyə nazirliklərinin nümayəndələri iştirak etmişlər.

Xəbər lenti

Xəbər lenti