...

İLİN SONUNA QƏDƏR Aİ-AZƏRBAYCAN ƏMƏKDAŞLIĞI ÜZRƏ FƏALİYYƏT PLANI HAZIRLANACAQ

Siyasət Materials 9 İyul 2005 11:47 (UTC +04:00)

Aİ-Azərbaycan əməkdaşlığı üzrə fəaliyyət planı ilin sonuna qədər hazır olacaq. Bu barədə Trend agentliyinə Aİ-nin Azərbaycandakı nümayəndəliyindən xəbər veriblər.

Fəaliyyət planı 3 ildən 5 ilə kimi nəzərdə tutulub və ölkədə qeyri-neft sektorunun inkişafı, yüksək texnologiyalı istehsalın təşkili, beynəlxalq cinayətkarlıqla mübarizə üzrə Azərbaycan və Aİ-nin səylərinin birləşdirilməsi, beynəlxalq hüquq üzrə əməkdaşlığın inkişafı, qanunvericilyin təkmilləşdirilməsi və s. istiqamətlər üzrə hazırlanacaq.

Aİ həmçinin ölkənin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması, kiçik və orta biznesin, qeyri-neft sektorunun inkişafı məsələləri üzrə Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır.

Layihənin planı daha sonra Aİ nazirlər Şurasının müzakirəsinə veriləcək.

Xəbər lenti

Xəbər lenti