...

NATO PARLAMENTARİLƏR ÜÇÜN BRÜSSELDƏ DƏYİRMİ STOL KEÇİRİR

Siyasət Materials 9 İyul 2005 12:42 (UTC +04:00)

İyulun 10 və 15-də Brüsseldə "Yeni parlamentarilərin altıncı tədris seminarı" keçiriləcək. AR Xarici İşlər Nazirliyindən Trend agentliyinə verilən məlumata əsasən, beynəlxalq forum NATO-nun Parlament Assambleyasının və Silahlı Qüvvələrin demokratik nəzarəti üzrə Cenevrə mərkəzinin təşəbbüsü ilə baş tutacaq.

İclasda aşağıdakı mövzular üzrə fikir mübadiləsi aparılacaq: NATO-nun müdafiə və nüvə siyasəti, "Sülh uğrunda əməklaşlıq proqramı", mülki müdafiənin planlaşdırılması, NATO və Aralıq dənizi ölkələri.

Tədbirdə Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri üzrə daimi komissiyasının sədr müavini Tapdıq Kamalov məruzə ilə çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti