...

MSK ÜZVLƏRİ PREZİDENT SEÇKİLƏRİNİ İZLƏMƏK ÜÇÜN BİŞKEKƏ YOLLANIBLAR

Siyasət Materials 9 İyul 2005 14:10 (UTC +04:00)

İyulun 9-da Azərbaycanın Mərkəzi Seçki Komissiyası(MSK) üzvlərindən ibarət nümayəndə heyəti Bişkekə səfər edib. Bu haqda MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev Trend ə müsahibəsində bildirib. Onun sözlərinə görə, səfərdə məqsəd iyulun 10-da Qırqızıstanında keçiriləcək prezident seçkilərini müşahidə etməkdir.

"Nümayəndə heyətinin tərkibinə komissiyada Azərbaycan Demokrat Partiyasını təmsil edən Yusif Bağırzadə və bitərəflərin nümayəndəsi İlham Məmmədov daxildir. MSK üzvləri prezident seçkilərini Bişkek şəhərində müşahidə edəcəklər",-deyə Azər Sarıyev vurğulayıb.

Onun sözlərinə görə, MSK üzvləri Bakıya iyulun 11-də geri dönəcək.

Xatırladaq ki, ötən il keçirilmiş parlament seçkilərinin total şəkildə saxtalaşdırılması hələ sovet dönəmindən Qırğızıstana rəhbərlik edən prezident Əskar Akayevin hakimiyyətinin devrilməsi ilə nəticələnib. Sabahkı seçki isə, demokratik dəyişikliklərdən sonra Qırğızıstanda keçiriləcək ilk prezident seçkisi olacaq.

Xəbər lenti

Xəbər lenti