...

AZƏRBAYCAN VƏ İTALİYANIN TİCARƏT PALATALARI ARASINDA ƏMƏKDAŞLIQ BARƏDƏ RAZILAŞMA İMZALANIB

Siyasət Materials 11 İyul 2005 13:28 (UTC +04:00)
AZƏRBAYCAN VƏ İTALİYANIN  TİCARƏT PALATALARI ARASINDA ƏMƏKDAŞLIQ BARƏDƏ RAZILAŞMA İMZALANIB

Azərbaycanın Ticarət-Sənaye Palatası və İtaliyanın Ticarət Palataları Konfederasiyasının (Unioncamera) əməkdaşlığı inkişaf etdirmək və yaxın gələcəkdə bircə Azərbaycan-İtaliya Ticarət Palatası yaratmaq barədə məsələni müzakirə etmək niyyətindədirlər. Trend in məlumatına görə, belə bir bəyanatla iyulun 11-də Azərbaycan Ticarət-Sənaye Palatasının (ATSP) prezidenti Süleyman Tatlıyev İtaliya Ticarət Palataları Konfederasiyasının nümayəndə heyəti ilə keçirilən görüş zamanı çıxış edib.

O, Azərbaycan prezidenti İlyam Əliyevin bu yaxınlarda Romaya olan səfərinin yekunlarını yüksək qiymətləndirib və qeyd edib ki, yüksək səviyyədə keçirilən danışıqlar Azərbaycan-İtaliya əlaqələrinin inkişafına yeni təkan verib.

"İki ölkənin ticarət palataları arasında əməkdaşlıq barədə razılığın imzalanması ticarət əlaqələrini genişləndirir və iki ölkə arasındakı iqtisadi əməkdaşlığı yolunda maneələri aradan qaldırır". S. Tatlıyev daha sonra Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsinin durmadan artacağını qeyd edib.

Görüşdə İtaliyanın Bakıdakı səfirliyinin nümayəndələri, həmçinin İtaliya ilə bilavasitə əməkdaşlıqda maraqlı olan Azərbaycandakı iri şirkətlərin rəhbərləri iştirak edib. Razılaşmanın imzalanması mərasimi başa çatdıqdan sonra italiyalı qonaqlar Azərbaycan sahibkarlarının suallarını cavablandırıblar.

Xəbər lenti

Xəbər lenti