...

ATƏT-İN MİNSK QRUPUNUN HƏMSƏDRLƏRİ AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRLİYİLƏ MƏSLƏHƏTLƏŞMƏLƏR APARIR

Siyasət Materials 11 İyul 2005 13:43 (UTC +04:00)

İyulun 11-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Minsk Qrupunun (MQ) həmsədrləri arasında görüş keçirilib. Azərbaycanın XİN-nin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, görüşdə MQ-nun Rusiyadan, ABŞ-dan və Fransadan olan həmsədrləri Yuri Merzlyakov, Stiven Mənn və Bernar Fasye iştirak edib.

Görüşdə Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinin hazırki mərhələsi, Azərbaycan və Ermənistan prezidentlərinin Varşava danışıqları mərhələsindən və münaqişə tərəflərinin XİN rəhbərlərinin Paris məsləhətləşmələrindən sonra yaranmış vəziyyət müzakirə edilib.

Həmçinin, xarici işlər nazirləri səviyyəsində növbəti məsləhətləşmələrə hazırlıq məsələləri, Azərbaycan və Ermənistanın dövlət başçılarının Kazanda təklif olunan görüşü məsələləri də nəzərdən keçirilib.

Xəbər lenti

Xəbər lenti