...

BARMEK AZƏRBAYCAN VƏ HÖKUMƏT ARASINDA BAĞLANMIŞ MÜQAVİLƏ YALNIZ AZƏRBAYCAN PREZİDENTİ TƏRƏFİNDƏN POZULA BİLƏR.

Siyasət Materials 11 İyul 2005 14:13 (UTC +04:00)
BARMEK AZƏRBAYCAN VƏ HÖKUMƏT ARASINDA BAĞLANMIŞ MÜQAVİLƏ YALNIZ AZƏRBAYCAN PREZİDENTİ TƏRƏFİNDƏN POZULA BİLƏR.

Barmek Azərbaycan (Bakı və Sumqayıtın enerjipaylayıcı şəbəkələrinin operatoru) və Azərbaycan Hökuməti arasında bağlanmış müqaviləni yalnız ölkə prezidenti poza bilər, bu barədə iyulun 11-də Barmek Azərbaycan şirkətinin prezidenti Hüseyn Arabul bəyan edib.

"Barmek Holdinq İqtisadi İnkişaf Nazirliyi ilə müqavilə bağlayıb və Azərenerji ASCnin buna qarışmaq hüquq yoxdur.

Azərbaycanda azad bazar iqtisadiyyatı mövcuddur və bu, xarici şirkətlərə ölkədə fəaliyyət göstərmək imkanı verir", - deyə, o bildirib.

H. Arabul bildirib ki, "Bakıelektrikşəbəkə"nin idarə olunması üzrə Azərbaycan hökuməti ilə imzalanmış müqavilənin 9.3.3 bəndinə əsasən, dövlət birinci dərəcəli abonentlər tərəfindən ödənilməmiş vəsaitlərin əvəzini ödəməlidir.

"Müqaviləyə uyğun olaraq kompensasiya qısa müddət ərzində həyata keçirliməlidir. Lakin biz artıq 3 ildir ki, gözləyirirk.

Bu məsələ elektrik enerjisinin alınması üzrə Azərenerji ASC ilə bağlanmış müqavilənin 5.2.2 bəndində öz əksini tapıb. Biz bu müqaviləyə uyğun olaraq fəaliyyət göstəririk.", - deyə, o bildirib.

H. Arabul Barmek Azərbaycan şirkəti və Azərenerji ASC arasında heç bir problemin olmadığını qeyd edib. "Əgər SC başqa fikirdədirsə, o halda məhkəməyə müraciət edə bilər.

Müqavilə üzrə şirkətlərə arasında yaranmış ziddiyyətlər beynəlxalq məhkəmələrdə həll oluna bilər. Mən bu məsələlərə Azərbaycan məhkəmələrində baxılmasına etiraz etmirəm", - deyə, o bildirib.

Şirkətin prezidenti Azərbaycanı tərk etmək niyyətində olmadığını və şəbəkələri hələ 21,5 il (müqavilə 25 il müddətinə bağlanılıb) idarə edəcəyini əminliklə bildirib.

Xəbər lenti

Xəbər lenti