...

MƏTBUAT GÜNÜNDƏ JURNALİSTLƏRƏ MÜKAFATLARI PREZİDENT İLHAM ƏLİYEV TƏQDİM EDƏCƏK

Siyasət Materials 11 İyul 2005 17:29 (UTC +04:00)

Milli mətbuat günündə jurnalistlərə mükafatları prezident İlham Əliyev şəxsən təqdim edəcəkdir. Bu haqda prezidentin İcra Aparatı(PİA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Trend ə müsahibəsində bildirmişdir.

Onun sözlərinə görə, mükafatlandırılma mərasimi iyulun 21-də "Gülüstan" sarayında keçiriləcəkdir.

"Hazırda ayrı-ayrı redaksiyalar Mətbuat Şurası və PİA ilə birlikdə jurnalist kollektivləri tərəfindən irəli sürülmüş təkliflərin üzərində ümümiləşdirmələr aparır.

Eyni zamanda milli mətbuat günü münasibəti ilə mükafatlandırılacaq jurnalistlərin adların üzərində dəqiqləşmələr aparırlar. Azərbaycan jurnalistikasının inkişafında xidməti olan hər bir media nümayəndəsi öz layiqli hədiyyəsini alacaqdır",-deyə Əli Həsənov bildirmişdir.

Onun sözlərinə görə, mükafatlandırılacaq jurnalistlər arasında həm yaşlı nəslin nümayəndələri, həm də gənclər olacaqdır.

"Milli mətbuat günü münasibəti ilə yalnız yazılı mətbuatın nümayəndələrinin mükafatlandırılması planlaşdırılmışdır.Elektron KİV-lərdə çalışan əməkdaşlar üçün isə bu ilin noyabrında- Milli televiziya günü münasibəti ilə ayrıca mükafatlandırma mərasiminin keçirilməsi planlaşdırılmışdır"-deyə PİA rəsmisi vurğulamışdır.

Xəbər lenti

Xəbər lenti