...

MDİ-NİN RƏHBƏRİ MADLEN OLBRAYTIN AZƏRBAYCANA SƏFƏR PROQRAMI ZƏNGİNDİR

Siyasət Materials 11 İyul 2005 17:38 (UTC +04:00)

ABŞ-ın keçmiş dövlət katibi, Milli Demokratiya İnstitunun (MDİ) rəhbəri Madlen Olbraytın Azərbaycana səfər proqramı çox zəngindir. Trend informasiya agentliyi xəbər verir ki, bu haqda prezidentin İcra Aparatı(PİA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov iyulun 11-də jurnalistlərə verdiyi müsahibəsində bildirmişdir.

Onun sözlərinə görə, xanım M.Olbrayt Bakıda səfərdə olduğu iki gün müddətində QHT-lər, KİV, siyasi partiyaların rəhbərləri ilə bir sıra görüşlər keçirəcəkdir.

"MDİ artıq bir neçə ildir ki, Azərbaycanda bir neçə istiqamət üzrə fəaliyyət göstərməkdədir. Bunlardan biri də Azərbaycanın demokratikləşmə prosesinə yardımı məsələsidir.

Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu, siyasi plüarizm, seçki praktikasının təkmilləşdirilməsi və siyasi partiyalar arasındakı dialoqa yardımı məsələsidlir.

Xanım Olbrayt Bakıda olduğu müddətdə MDİ-nin indiyədək Azərbaycanda gördüyü işlərlə qiymətləndirmək və bundan sonra görülməsi planlaşdırılan işlərlə bağlı fikir mübadiləsi aparacaqdır",-deyə Əli Həsənov bildirmişdir.

PİA rəsmisinin sözlərinə görə, xanım M.Olbraytın prezident İlham Əliyev tərəfindən də qəbul olunması planlaşd


Xəbər lenti

Xəbər lenti