...

KORRUPSİYA İLƏ MÜBARİZƏ ÜZRƏ KOMİSSİYA YANINDA ANALİTİK – İNFORMASİYA QRUPU FƏALİYYƏT GÖSTƏRƏCƏK

Siyasət Materials 11 İyul 2005 17:40 (UTC +04:00)

Dövlət Qulluğu İdarəsi Şurası yanında korrupsiya ilə mübarizə Komissiyasının 4-cü iclası keçirilib. Trend in məlumatına görə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə keçirilən iclasda dövlət qulluğuna qəbul və dövlət orqanlarında fəaliyyətin təkmilləşdirilməsinə, məhkəmə-hüquq islahatlarına və hakimlərin yenidən seçilməsinə toxunan və həmçinin Komissiyanın yanında yaradılan işçi qrupun fəaliyyəti ilə bağlı məsələlər müzakirə edilib.

Prezidentin yanında Dövlət qulluğu məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov dövlət qulluğuna qəbulun təkmilləşdirilməsi, dövlət qulluqçularının etik davranışı məcəlləsinin hazırlanması və tətbiqi, dövlət qulluğu məsələləri üzrə Komissiyanın fəaliyyətinin təşkili barədə məlumat verib.

İclasda dövlət qulluğu məsələləri üzrə Komissiyanın fəaliyyətinin effektiv formada təşkili üçün müvafiq binanın ayrılması və bu strukturun maddi-texniki təchizatı, dövlət qulluğuna qəbul üzrə şəffaf formada müsabiqələrin keçirilməsi üçün müvafiq qərarlar qəbul edilib.

Məhkəmə-hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsilə bağlı həyata keçirilən tədbirlər, hakimlərin seçilməsi, onların fəaliyyətinə qiymət verilməsi və onların nizam-intizam qaydalarına görə məsuliyyət daşımağa cəlb edilməsi, vətəndaşların müraciətlərinə baxılması və Məhkəmə-hüquq Şrası barədə məlumat verib.

Görülmüş tədbirlərin məhkəmələrin effektivliyinin yüksəldilməsinə və yeni peşəkar məhkəmə sisteminin formalaşdırılması məqsədinə xidmət etdiyi komissiya tərəfindən xüsusi qeyd olunub. Komissiyanın katibliyinə Komissiya yanında yaradılmış qanunvericiliyin təkmilləşdirilməsi üzrə işçi qrupun fəaliyyəti barədə məlumat verilib və digər işçi qrupun yaradılması ilə bağlı (analitik -informasiya işinin təşkili üzrə) məsələlər müzakirə olunub.

Komissiya sahibkarlığın inkişafı ilə bağlı tədbirlər üzrə tədqiqatların keçirilməsini yeni formalaşmış işçi qrupun fəaliyyət istiqaməti olduğunu müəyyən edib. Bundan başqa, Komissiyanın katibliyinə müvafiq sahibkarlıq assossiasiyalarını və qeyri-hökumət təşkilatlarını analitik-informasiya üzrə işçi qrupun təşkili üzrə işlərə cəlb etməyi tövsiyə edib.

Xəbər lenti

Xəbər lenti