...

"OLİMPİYA OYUNLARI-2004" MİNİ KİTABININ TƏQDİMAT MƏRASİMİNDƏ MEHRİBAN XANIM ƏLİYEVA İŞTİRAK EDİB

Siyasət Materials 11 İyul 2005 17:47 (UTC +04:00)

İyulun 11-də İçərişəhərdəki Miniatür Kitab Muzeyində keçirilmiş "Olimpiya oyunları-2004" adlı mini kitabın təqdimat mərasimi keçirilmişdir. Trend informasiya agentliyi xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva, gənclər, idman və turizm naziri Əbülfəz Qarayev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, eləcə də Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Bahar Muradova, Həndbol Federasiyasının prezidenti, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Heydər Babayev, idman federasiyalarının təmsilçiləri, eləcə də Bakıda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri iştirak etmişlər.

Tədbirdə çıxış edən muzeyin direktoru Zərifa Salahova iki- azərbaycan və ingilis dillərində nəfis şəkildə tərtib olunmuş mini-kitabda Azərbaycan idmançılarının Afina Olimpiya oyunlarında keçdiyi şərəfli yolun öz əksini tapdığını bildirmişdir. Onun sözlərinə görə, Azərbaycan dilində nəşr olunmuş kitab 256 səhifədən, digəri isə 248 səhif
ədən ibarətdir.

Kitabda, ötən il avqustun 4-də dövlət başçısı İlham Əliyevin iştirakı ilə Zağulbadakı "Gənclik" beynəlxalq istirahət mərkəzində idmançılarımızın Olimpiya oyunlarına yolasalınma mərasimində çəkilmiş fotoşəkillərdən tutmuş, onların olimpiya oyunlarında iştirakı, medallarla təltif olunması, eləcə də , avqustun 15-də prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyevanın iştirakı ilə keçirilmiş "Azərbaycan mədəniyyəti günləri", həmçinin oyunlar bitdikdən sonra dövlət başçısının olimpiaçılarımızı "Ağ Ev"də qəbul etməsini əks etdirən foto şəkillər daxil edilmişdir.

Sonra Mehriban xanım Əliyeva Miniatür Kitab Muzeyinin eksponatları ilə tanış olmuşdur.

Xəbər lenti

Xəbər lenti