...

CƏNUBİ QAFQAZ ÖLKƏLƏRİ İLƏ TƏRƏFDAŞLIQ "İKİTƏRƏFLİ KÜÇƏ HƏRƏKƏTİ" PRİNSİPİ ÜZRƏ İŞLƏMƏLİDİR

Siyasət Materials 11 İyul 2005 18:15 (UTC +04:00)

NATO-nun baş katibi Yap de Hup Sxefferin fikrincə, Cənubi Qafqaz ölkələri ilə alyansın tərəfdaşlığı "ikitərəfli küçə hərəkəti" prinsipi üzrə işləməlidir. Trend in Mediamaksa istinadən yaydığı məlumata görə,bu barədə NATO baş katibi iyulun 11-də Brüseldə keçirilən konfrans zamanı bildirib.

"Biz Qafqazdakı və Mərkəzi Asiyadakı tərəfdaşlarımızla yeni əlaqələr qurmalıyıq.Hər iki region əhəmiyyətli geosiyasi əhəmiyyətə malikdirlər və keçid dövrünün çətinlikləri ilə qarşı-qarşıyadırlar.

NATO onlara çox şey təklif edə bilər və məhz buna görə də biz bu iki regionda öz tərəfdaşlarımızla əməkdaşlığı sürətləndiririk. Biz öz tərəfdaşlığımızı bütünlükdə Avroatlantik tərəfdaşlıq naminə iki tərəfli küçə hərəkəti prinsipi üzrə qurmaq isləyirik ", - Yap de Hup Sxeffer bəyan edib.

Xəbər lenti

Xəbər lenti