...

AZƏRBAYCAN PREZİDENTİ ATƏT-İN MİNSK QRUPU HƏMSƏDRLƏRİNİ QƏBUL EDİB

Siyasət Materials 11 İyul 2005 19:09 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyulun 11-də ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə Minsk qrupu həmsədrlərini qəbul edib.

Trend agentliyi xəbər verir ki, görüşdə MQ-nin ABŞ-dan Stiven Mənn, Fransadan-Bernar Fasye və Rusiyadan olan həmsədri Yuri Merzlyakov iştirak edib.

Görüşdə Ermənistan-Azərbaycan -Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması prosesinin hazırkı vəziyyəti və perspektivləri üzrə fikir mübadiləsi aparılıb.Həmçinin qarşılıqlı maraq doğuran məsələlər üzrə məsləhətləşmələr aparılıb.

Xəbər lenti

Xəbər lenti