...

ABBAS ABBASOV TBİLİSİDƏ GÜRCÜSTAN-AZƏRBAYCAN HÖKUMƏTLƏRARASI KOMİSSİYASININ GÜNDƏLİYİNİ MÜZAKİRƏ EDİB

Siyasət Materials 12 İyul 2005 13:28 (UTC +04:00)
ABBAS ABBASOV TBİLİSİDƏ GÜRCÜSTAN-AZƏRBAYCAN HÖKUMƏTLƏRARASI KOMİSSİYASININ GÜNDƏLİYİNİ MÜZAKİRƏ EDİB

(Qafqaz-Press) - İyulun 19-da Bakıda keçiriləcək gürcü-Azərbaycan forumunun məsələləri iyulun 12-də Tbilisidə Gürcüstanın baş naziri Zurab Noqaideli ilə Azərbaycanın baş nazirinin müavinin Abbas Abbasov arasında müzakirə olunub. Bu barədə jurnalistlərə görüş başa çatdıqdan sonra A.Abbasov məlumat verib.

O həmçinin bildirib ki, bu günki görüşün gedişində iyulun 18-də Gəncədə keçiriləcək Gürcüstan-Azərbaycan hökumətlərarası komissiyasının iclasının gündəliyinin də müzakirə olunub. "Biz bu iclasda son vaxtlar yığılıb qalmış çoxsaylı iqtisadi məsələləri, eləcə də, mal dövriyyəsi, energetika, enerji ehztiyatlarının nəqli kimi məsələləri müzakirə edəcəyik", - deyə Abbasov qeyd edib.

A.Abbasovun sözlərinə görə, Bakıdakı biznes-forumda Azərbaycanın iş adamlarını maraqlandıra biləcək gürcü məhsulları təqdim olunacaq. Forumda başda baş nazir olmaqla Gürcüstanın işgüzar elitası təmsil olunacaq.

Xəbər lenti

Xəbər lenti