...

ANDREA POMPERMAYER: AZƏRBAYCAN VƏ İTALİYA ARASINDA İQTİSADİ ƏMƏKDAŞLIĞIN İNKİŞAFI HƏR İKİ ÖLKƏ RƏHBƏRLƏRİNİN SİYASİ İRADƏSİNİN NƏTİCƏSİDİR

Siyasət Materials 12 İyul 2005 15:28 (UTC +04:00)

Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlığın inkişafı hər iki ölkə rəhbərlərinin siyasi iradəsinin nəticəsidir. Trend agentliyinin məlumatına əsasən, bu bəyanatla İtaliyanın ticarət əlaqələri üzrə Azərbaycandakı səfirinin müavini Andrea Pompermayer çıxış edib.

Onun sözlərinə görə, İtaliyanın Ticarət Palatası Konfederasiyası və Azərbaycanın Ticarət Sənaye Palatası arasında əməkdaşlığa dair razılığın imzalanması hər iki ölkə arasında sıx əlaqələrin qurulmasının son hissəsidir.

A. Pompermayerin qeyd etdiyi kimi, Azərbaycan-İtaliya əlaqələrinin intensivləşməsini bütün səviyyələrdə müşahidə etmək olar. Siyasi səviyyədə bu, Azərbaycan prezidentinin Azərbaycan-İtaliya iqtisadi forumunun təşkil olunduğu İtaliyaya səfəri zamanı təsdiq edilib.

"Hər iki ölkənin sahibkarları arasında əlaqələrin inkişafı bu dövlətlərin rəhbərlərinin siyasi iradəsinin nəticəsidir. Bu sahədə İtaliyanın səyləri gələcəkdə də davam etdiriləcək", - deyə, səfir müavini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti