...

İQTİDAR AVROPA ŞURASI VENESİYA KOMİSSİYASININ BÜTÜN TÖVSİYYƏLƏRİNİ QƏBUL ETMƏK NİYYƏTİNDƏ DEYİLDİR

Siyasət Materials 12 İyul 2005 15:33 (UTC +04:00)

"Azərbaycan hakimiyyəti indiyədək Avropa Şurası Venesiya Komissiyası ilə birlikdə seçki praktikasının təkmilləşdirilməsi ilə bağlı məsləhətləşmələr aparmış və bundan sonra da aparacaqdır.Lakin bu o demək deyildir ki, biz onların bütün tövsiyələrini qəbul edəcəyik ".

Trend informasiya agentliyi xəbər verir ki, bunu prezidentin İcra Aparatı (PİA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, iyunun 12-də jurnalistlərə verdiyi müsahibəsində bildirmişdir.

Onun sözlərinə görə, lakin bu müzakirələr zamanı elə məsələlər ortaya çıxır ki, onlar seçkinin taleyini təhlükə qarşısında qoya bilərlər.

"Ölkədə keçiriləcək parlament seçkisinin məsuliyyətini daşıyan Azərbaycan hakimiyyəti belə məsələlərdə prinspiallıq nümayiş etdirməkdədir.

Əgər Avropa Şurası Venesiya Komissiyasının təklifləri əsasən seçki praktikasının təkmilləşdirilməsinə xidmət edəcəksə, biz onlarla bu məsələləri müzakirə edəcəyik.

Və həmin tövsiyələrdən mümkün olanını qəbul edəcəyik. Yox, əgər, bu təkliflər Azərbaycanda seçkinin taleyini hansısa maraqlı tərəfin iradəsinin asılılığına salacaqsa, əlbəttə biz buna getməyəcəyik"-deyə PİA rəsmisi vurğulamışdır.

Xəbər lenti

Xəbər lenti