...

MADLEN OLBRAYT AZƏRBAYCANIN QHT RƏHBƏRLƏRİ İLƏ GÖRÜŞÜB

Siyasət Materials 12 İyul 2005 15:47 (UTC +04:00)

Bakıda səfərdə olan ABŞ-ın keçmiş dövlət katibi, Milli Demokratiya İnstitutunun rəhbəri Madlen Olbrayt iyulun 12-də "Hyatt Recensy" otelində bir sıra qeyri-hökumət təşkiltalarının (QHT) rəhbərləri ilə görüşüb.
Trend in məlumatına görə, görüşdə Qeyri-Hökumət Təşkilatları Konfederasiyasının sədri Əli Quliyev, "Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzinin direktoru Eldar İsmayılov, Seçki Monitorinq Mərkəzinin direktoru Anar Məmmədli, Dilarə Əliyeva adına Qadın Hüquqları Müdaifə Cəmiyyətinin nümayəndəsi İradə Əliyeva, Hüquq və İnkişaf Mərkəzinin rəhbəri Hafiz Həsənov və "Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu, həmçinin ABŞ səfirliyinin və MDİ-nin nümayəndələri iştirak ediblər.

Görüşdə əsasən bu il noyabrda Azərbaycanda keçiriləcək parlament seçkisi, QHT-lərin bu seçkidə iştirakı və müşahidəçiliyi, seçkiöncəsi mühit və digər məsələlər müzakirə olunub.

QHT təmsilçiləri seçkiöncəsi vəziyyət haqqında, QHT-lərin seçkilərin monitorinqində iştirak edə bilməməsi barədə Madlen Olbrayta məlumat veriblər.

MDİ-nin rəhbəri Azərbaycanda fəaliyyət göstərən QHT-lərin seçki prosesi, indiki mövcud vəziyyət barədə fikirlərini və mövqeyini öyrənib. Xanım Olbrayt Azərbaycanda sektorun durumu, problemləri, QHT-lərin fikirləri və təkliflərinin onun üçün maraqlı olduğunu və dövlət başçısı ilə görüşdən qabaq bunları öyrənməyə çalışdığını deyib.

Xəbər lenti

Xəbər lenti