...

FƏRHAD ƏLİYEV: BARMEK VƏ BAYIA BORCLARININ AZALDILMASINI TƏKLİF EDİR

Siyasət Materials 12 İyul 2005 17:09 (UTC +04:00)

"Şirkətlərlə müqavilənin ləğv edilməsi yaxud yenidən baxılması məsələsi ya tərəflərin qarşılıqlı razılığı, ya da məhkəmə ilə həll edilə bilər.Tərəflərdən heç biri bu qaydaları pozmamalıdır".

Trend agentliyi xəbər verir ki, iyulun 12-də bu barədə iqtisadi inkişaf naziri Fərhad Əliyev regionlarda (Bayva) və Bakıda (Barmek Azerbaijan) enerji şəbəkələrini idarə edən şirkətlərlə müqavilənin ləğv edilməsinin mümkünlüyü məsələsini şərh edərkən jurnalistlərə bildirib.

F.Əliyev qeyd edib ki, o, bununla bağlı Azerenerji şirkətinin müvafiq müraciəti barədə məlumatlandırılmayıb.

"Azərbaycanda bu və ya digər bir müəssisənin idarəetmə səlahiyyətlərinin verilməsi üçün müəyyən qaydalar mövcuddur.Bu qaydalara əsasən, ölkə prezidenti idarəetməyə verilmə haqqında müqaviləni təsdiq edir.Bu müqavilə iqtisadi inkişaf Nazirliyinin hökuməti adından imzalanır.

İmzalanmış müqavilə həm də maliyyə, ədliyyə, vergilər nazirlikləri, eləcə də ölkənin baş nazirinin müavini tərəfindən imzalanır.Son nəticədə bu sənəd prezident tərəfindən təsdiq olunur " -deyə F.Əliyev qeyd edib.

" Müssisələrin öz öhdəliklərini yerinə yetirməsinə gəlincə, deyə bilərəm ki, şübhəsiz onların fəaliyyətində çox nöqsanlar vardır.Amma biz başa düşməliyik ki, onların işi asan deyil.Biz iki dəfə Barmek -in, bir dəfə isə Bayva -nın (bu şirkət Barmek - dən bir il sonra fəaliyyətə başlayıb) işinin monitorinqini keçirmişik.

Biz şirkətlərin işində ciddi nöqsanlar aşkar etmişik və bu barədə məlumat vermişik. Amma bu nöqsanlar onlarla müqaviləni ləğv etməyə əsas vermir.Biz real mövqedən çıxış etməliyik " -deyə nazir qeyd edib.

Nazirin sözlərinə görə, bu şirkətlər elektrik şəbəkəsini idarə edənədək ödəmələrin həcmi çox aşağı idi. "Amma indi bu göstərici bir qədər artıb. Şübhəsiz, dövlət büdcəsindən maliyyələşdirilən dövlət müəssisələri (o cümlədən qaçqınlar) tərəfindən ödəmələr də artırılıb.Təbii ki, elə dövlət müəssisələri və əhalinin kasıb təbəqəsi var ki, enerjipaylayıcılara pul ödəmir.

Əksər hallarda biz Barmek və Bayva -dan xahiş edirik ki, onlar əhalinin kasıb təbəqəsi üçün güzəştə getsin.Bu xahiş şifahi olur və biz bu şirkətlər qarşısında heç bir öhdəlik götürmürük.Əgər bu şirkətlər alınmış elektrik enerjisinin haqqını ödəmirsə, onda bu borc onların borcu olaraq qalır.

Onlar ödəməni 60% yaxud 40% yerinə yetirsələr belə vəsaitin qalan hissəsini nə vaxtsa ödəməlidir, yəni dövlət onlara güzəştə getmir.Bu müəssisələr alınmış elektrik enerjisinə görə pul ödəməyən dövlət müəssisələrinin borclarının ödənməsini bizdən tələb edir.

Bununla bağlı onlar dövlət müəssisələrinin ödəməməsi məbləğində öz ödəmədiklərinin azaldılmasını təklif edir.Bir dəfə biz belə etmişik, amma hələlik bu, təkrar olmayacaq.Bu il Barmek -in ödəmələri 70%, Bayva - nın isə 40% təşkil etməli idi, amma onlar bunu tam yerinə yetirməyib " -deyə nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti