...

MADLEN OLBRAYT "AZADLIQ" SEÇKİ BLOKUNUN LİDERLƏİ İLƏ GÖRÜŞÜB

Siyasət Materials 12 İyul 2005 18:02 (UTC +04:00)

Azərbaycanda iki günlük səfərdə olan ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt iyulun 12-də müxalifətçi "Azadlıq" seçki blokunun nümayəndələri ilə görüşüb. Trend in məlumatına görə, müxalifətçi "Müsavat" partiyasının sədri İsa Qəmbər görüş dərhal başa çatandan sonra onun detalları barədə danışıb.

O qeyd edib ki, görüşün gedişində respublikada keçiriləcək parlament seçkilərinə hazırlıqla bağlı, eləcə də Azərbaycanla ABŞ arasında qarşılıqlı əlaqələrin inkişafına toxunan bir çox məsələlər müzakirə edilib.

"Müsavat" lideri iki saat davam edən görüşlərin gedişində Azərbaycanda seçkiqabağı reallıqların bütün detallarından bəhs edildiyini və görüşün çox məhsuldar keçdiyini bildirib.

Eyni zamanda Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli keçmiş dövlət katibinin səfərinin Azərbaycanın demokratikləşməsinə müsbət töhfə olacağına ümid etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti