...

DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN 3-CÜ İLDÖNÜMÜ TƏNTƏNƏLİ ŞƏKİLDƏ QEYD OLUNACAQ

Siyasət Materials 13 İyul 2005 11:46 (UTC +04:00)

İyulun 31-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin(DSX) yaradılmasının 3-cü ildönümü münasibəti ilə təntənəli bayram tədbirləri keçiriləcək. Bu barədə Trend ə DSX-dan bildirilib.

Tədbir iştirakçıları həmin gün əvvəlcə Fəxri Xiyabanda sabiq prezident Heydər Əliyevin məzarını, daha sonra isə Şəhidlər Xiyabanını ziyarət edəcəklər.

Yubiley münasibətilə paytaxtdakı sarayların birində əvvəlcə təntənəli mərasim, daha sonra isə geniş bayram konserti təşkil olunacaq.

Məlumatda, yubiley münasibətilə şəxsi heyətin bəzi əməkdaşlarının mükafatlardırılmasının da planlaşdırıldığı bildirilib.

Belə ki, bayram münasibətilə Bakıda 48, Şəmkirdə isə 16 mənzilli yaşayış binaları sərhədçilərin ailələrinə hədiyyə olunacaq.

Yubiley münasibətilə şəxsi heyətin bəzi əməkdaşlarına növbəti hərbi rütbələrin də veriləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti